Danimarka millisinin baş məşqçisi Kasper Hülmand Avro-2020-nin 1/4 finalında Bakıda Çexiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyun haqqında danışıb.
"CEMPİON.AZ" xəbər verir ki, 49 yaşlı mütəxəssis deyib:
"Oyuna yaxşı başladıq. Gözlədiyimiz kimi ağır qarşılaşma alındı. Rəqib ikinci hissəyə yaxşı start verdi. Çexiyanın bizə təzyiq göstərməsinə baxmayaraq, qalib olduq. Yarımfinalda çıxış edəcəyimiz üçün qürurluyam. Xalqımızın bizə verdiyi dəstək çox vacib idi. Ümid edirəm ki, oyunumuz hamının xoşuna gəlib.
Kristian Eriksen də burada olmalı idi. Biz həmişə Eriksen haqqında fikirləşirik və onu da "Uembli"də görmək istəyirik".
Qeyd edək ki, Danimarka yarımfinalda Ukrayna - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 7-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.
DÜNYA FUTBOLU
Kasper Hülmand: "Yarımfinalda çıxış edəcəyimiz üçün qürurluyam"
04.07.2021 10:44
440