04.07.2021 10:25
431
Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavı Avro-2020-nin 1/4 finalında Bakıda Danimarkaya 1:2 hesabı ilə uduzduqları oyun haqqında danışıb.
"CEMPİON.AZ" xəbər verir ki, 60 yaşlı mütəxəssis bildirib:
"Biz məyusuq. Bəzi oyunçular göz yaşlarına hakim ola bilmədi. Mən öz komandamla qürur duyuram. Fikrimcə, azarkeşlər bizim çıxışımızdan razı qalacaqlar. Sonadək mübarizə apardıq. Rəqibin bu gün ilk qolu erkən vurması bizə təsir etdi. Hər qoldan sonra məyus olduq. Nəticəni dəyişə bilmədik. Matç başqa cür ola bilərdi. Bütün oyunçulara təşəkkür edirəm".