şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Andrey Şevçenko: "Heç kim tələsmir"

04.07.2021 11:40 Oxundu 452

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko Avro-2020-nin 1/4 finalında İngiltərəyə uduzduqları matç (0:4) haqqında danışıb.

 "CEMPİON.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis millidə baş məşqçi vəzifəsində işləməyə davam edib-etməyəcəyi barədə sualları da cavablandırıb:
"Komandamızın çıxışından məmnunam. Oyunçularımıza sədaqətinə, bu günkü oyuna görə təşəkkür etdim. Milli komandada işə davam edib-etməyəcəyimə gəldikdə isə əvvəlcə Ukraynaya qayıdacağıq. Sonra görülən işləri ümumiləşdirib, hesabat verəcəyik. Və yalnız bundan sonra Ukrayna Futbol Federasiyası ilə birgə qərar verəcəyik. Hələ vaxt var. Heç kim tələsmir".