“İşğaldan azad olunan torpaqların rayon komandalarının birinci divizionda iştirakı ilə bağlı bu günə qədər bizə heç bir məktub daxil olmayıb”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Qurum rəhbəri işğaldan azad olunan rayonların Azərbaycan çempionatında komanda ilə təmsil olunmalarını arzuladığını söyləyib. Ancaq Musayev həmin klubların Bakıda məskunlaşmasının tərəfdarı deyil: “Düşünürəm ki, rayonlarımız bərpa olunduqdan sonra bu barədə addım atmaq olar. Gərək orada stadionlar tikilsin ki, komandalar da çıxış edə bilsinlər. Şükürlər olsun ki, torpaqlarımız artıq özümüzdədir. Bu, unudulmaz bir tarixdir. Məncə, Bakıda oynamaqdansa, ən yaxşısı həmin rayonlarda stadionların tikilməsi və komandaların ev oyunlarını orada keçirməsidir. Hər rayonun öz komandası çıxış etsə, daha yaxşı olar”.
Qeyd edək ki, I divizionda növbəti mövsüm minimum 12 klubun iştirakı nəzərdə tutulub.
BİZİM FUTBOL
Ramin Musayev: "Hər rayonun öz komandası çıxış etsə, daha yaxşı olar”
04.07.2021 17:17
441