şənbə, 30 noyabr 2024

BİZİM FUTBOL

"Neftçi"nin ÇL-dəki oyunu moldovalı hakimlərə tapşırıldı

05.07.2021 09:41 Oxundu 427


Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Dinamo” matçına hakim təyinatı açıqlanıb.

"CEMPİON.AZ" xəbər verir ki, Bakı təmsilçisi ilə Gürcüstan klubunun cavab oyununu moldovalı hakimlərə tapşırılıb.
İyulun 14-dəki görüşün baş hakimi Dumitri Muntean olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol yardım edəcək. Dördüncü hakim funksiyasını Qabriel Tupiçika yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan çempionlarının qarşılaşması “Bakcell Arena”da baş tutacaq. Matç saat 21:00-da başlayacaq.