"Biz onsuz da bu qədər çətinliklə üzləşdik, bu qədər maneəni aşdıq. Lakin oyunçuların belə şeyləri qəbul etdiyini bilirəm".
"CEMPİON.AZ" "The İndependent"ə istinadən xəbər verir ki, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt deyib. O, Avro-2020-nin yarımfinalında Danimarka ilə keçirəcəkləri matçdan danışıb:
"Yarımfinalda dayansaq, tam razı qalmayacağıq. 2018-ci ildəki dünya kubokunun yarımfinalından sonra uzun bir yol qət etdik. İndi biz bu nailiyyəti təkrarladıq. Ancaq bu, komandanı qane etməməlidir. Növbəti addımı atmağa hazırıq. Oyunçular bu şansı qazandıqlarına görə xoşbəxtdirlər.
Əlbətdə ki, bəzi matçlar çox çətin keçir. Amma oyunçularımız yarımfinala hazır olacaqlar. Heyətimizdə kubok alan futbolçularımız var. Onlar bunun necə bir hiss olduğunu bilirlər. Bu, onlara daha çox inam qazandırdı".
Qeyd edək ki, Danimarka - İngiltərə matçı iyulun 7-si keçiriləcək. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
DÜNYA FUTBOLU
Qaret Sautqeyt: "Bu, onlara daha çox inam qazandırdı"
05.07.2021 10:41
508