05.07.2021 15:43
431
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq Tiblisi "Dimano"su iki legionerlə yollarını ayırıb.
"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, Tbilisi təmsilçisi ispaniyalı müdafiəçi Viktor Monçil və slovakiyalı yarımmüdafiəçi Filip Orşula ilə vidalaşıb.
Hər iki legionerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Dinamo" və "Neftçi" arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə 1 həftə sonra saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.