“Qarabağ” transfer çalışmalarını davam etdirir.
"CEMPİON.AZ" xəbər verir ki, Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubu yeni mövsüm öncəsi müdafiənin sol cinahını əcnəbi futbolçu ilə gücləndirmək niyyətindədir.
Klubun skautları arxa xəttin gücləndirilməsi yönündə, xüsusən də, İspaniya bazarında fəallıq nümayiş etdirirlər. Baş məşqçi Qurban Qurbanova adı təqdim olunan futbolçulardan biri də Boyan Letiçdir. “Qarabağ” La Liqa-2 təmsilçisi “Mirandes”də çıxış edən bosniyalının transferi üçün təzminat ödəmək fikrində deyil. 29 yaşlı oyunçu “Mirandes”də əsas heyət üzvü olmadığından, ispanlar onun gedişinə mane olmayacaq.
Qeyd edək ki, Bosniya və Herseqovinanın U-21 yığmasının sabiq üzvünün “Mirandes”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.
BİZİM FUTBOL
"Qarabağ" İspaniyadan futbolçu transfer edə bilər
05.07.2021 16:20
483