şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

PSJ 200 milyon avro ayırdı

05.07.2021 17:20 Oxundu 427

PSJ-nin yay transfer pəncərəsində yeni oyunçular almaq üçün ayırdığı vəsaitin məbləği məlum olub.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb. Paytaxt təmsilçisnini transfer işlərinə 200 milyon avro vəsait ayırdığı qeyd olunub.
Klubun prezidenti Nasser El-Helaifi isə eyni nəşrə açıqlamasında 4 məşhur oyunçu ilə müqavilə imzaladıqlarını bildirib. Bunlardan Jorjinyo Vaynaldumla 3 illik sözləşmə bağlandığı açıqlanıb. Liqa 1 təmsilçisi "Milan"la müqaviləsi başa çatan Canluici Donnarumma, "Real"la sözləşməsi bitən Serxio Robertoya, həmçinin "İnter"in futbolçusu Əşrəf Hakimiyə də təklif göndərib.
Bildirilir ki, PSJ artıq Donnarumma ilə 5 illik müqavilə üçün razılaşıb. Fransa nəhəngi Ramosla da bütün detallar üzrə anlaşıb. Hakiminin keçidi üçün isə qarşı tərəfə 70 milyon avro təklif edilib.