şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

"İngiltərə ilə oynaya biləcəyimizə sevinirik!

05.07.2021 22:17 Oxundu 452


Danimarka millisinin yarımmüdafiəçisi Tomas Dileyni Avro 2020-nin yarımfinalında İngiltərə ilə oyun öncəsi fikirlərini bölüşüb.

"CEMPİON.AZ" UEFA-nın saytına istinadən xəbər verir ki, o, rəqibi mübarizədən kənarlaşdıracaqlarına inandığını deyib:
“Hər şeydən əvvəl, İngiltərə ilə oynaya biləcəyimizə sevinirik. Əlbəttə ki, praktiki olaraq danimarkalı azarkeşlər olmadan səfər matçı olacaq, amma yenə də şansımız olacaq. Rəqibin favorit olacağı aydındır, amma turnirdə nümayiş etdirdiyimiz oyun növünə əsasən, uğura da inanırıq".
Qeyd edək ki, iyulun 7-i Londonun "Uembli" stadionunda keçiriləcək İngiltərə - Danimarka oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.