şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Rusiya Futbol İttifaqı baş məşqçi axtarışında 

06.07.2021 12:19 Oxundu 390


Rusiya Futbol İttifaqı (RFİ) milli komandaya baş məşqçi axtarışına start verib.

"CEMPİON.AZ" xəbər verir ki, AVRO-2020-dəki uğursuzluqdan sonra Stanislav Çerçesovla vidalaşmaq barədə düşünün qurum rəhbərliyi namizədlərlə danışıqlara da başlayıb.
Lakin yerli məşqçilər bu vəzifəni tutmaqdan imtina edib. Valeri Karpin, Leonid Slutski və Sergey Semak yığma naminə klubdan ayrılmaq istəməyib. Onlar iki həftə sonra başlayacaq Premyer Liqanın startı ərəfəsində klubda qalmağa üstünlük verib.
RFİ-nin xarici məşqçilərin yer aldığı siyahısı da var. Burada üç mütəxəssis yer alıb. Bunlar Andre Villaş-Boaş, Almaniya yığmasından ayrılan Yoahim Löv və İsveçrəni çalışdıran Vladimir Petkoviçdir. İlkin siyahıda olan Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç sonradan buradan çıxarılıb.
Qeyd edək ki, Rusiya millisi AVRO-2020-də Belçika, Danimarka və Finlandiya ilə mübarizə apardığı qrupda sonuncu yeri tutub.