06.07.2021 15:25
438
Azərbaycan millinin məşqçisi Arif Əsədov UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Dinamo” (Tbilisi) – “Neftçi” oyununu izləyəcək.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə məlumatı AFFA məlumat yayıb.
Bildirilib ki, yığmanın baş məşqçisi Canni De Byazinin göstərişinə əsasən Əsədov görüşə stadiondan baxacaq.
Qeyd edək ki, “Dinamo” (Tbilisi) – “Neftçi” iyulun 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək.