şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

İtaliya millisi finalda

07.07.2021 10:09 Oxundu 426


Avro-2020-də yarımfinal mərhələsinə start verilib.

"CEMPİON.AZ" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnirin əsas favoritlərindən İtaliya İspaniya ilə qarşılaşıb. "Uembli" stadionunda keçirilən və almaniyalı FİFA referisi Feliks Brixin idarə etdiyi oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. İtaliya penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib.
Qeyd edək ki, yarımfinalın digər görüşündə İngiltərə və Danimarka yığmaları qarşılaşacaq. Bu oyun sabah keçiriləcək.

23:00. İtaliya - İspaniya - 1:1 (Penaltilər seriyası - 4:2)
Qollar: 
Kyeza, 60 (1:0), Morata, 80 (1:1)
Baş hakim: Feliks Brix (Almaniya)
London, "Uembli" stadionu