şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Luis Enrike: "18 yaşlı futbolçunun belə oynadığını görməmişəm"

07.07.2021 12:42 Oxundu 428


İspaniya millisinin baş məşqçisi Luis Enrike futbolçusu Pedrini tərifləyib.

"CEMPİON.AZ" xəbər verir ki, təcrübəli mütəxəssis "Marca"ya açıqlamasında 18 yaşlı yarımmüdafiəçini millinin və "Barselona"nın sabiq futbolçusu Andres İnyesta ilə müqayisə edib:
"Pedrinin bu turnirdə necə oynadığını gördünüz? 18 yaşlı bir futbolçunun belə oynadığını heç vaxt görməmişəm. Bu yaşda bu cür performansı Andres İnyestada belə görmədim. Çox çılğın idi".
Xatırladaq ki, İspaniya millisi Avro-2020-nin yarımfinalında İtaliyaya məğlub olaraq (1:1, penaltilər seriyası - 2:4)  mübarizəni dayandırıb. 90 dəqiqə meydanda olan Pedrinin etdiyi 55 ötürməsinin hamısı dəqiq olub.