şənbə, 30 noyabr 2024

BİZİM FUTBOL

Kris Şild: "Qarabağ" "Linfild"in sürətli qollarından tam sarsılmışdır"

07.07.2021 15:20 Oxundu 457


Şimali İrlandiyanın "Linfild" klubunun futbolçusu Kris Şild bu komandanın Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı oyununu xatırlayıb.

"CEMPİON.AZ" xəbər verir ki, həmin vaxt “Dandolk”da çıxış edən irlandiyalı yarımmüdafiəçi “Belfast Live”yə açıqlamasında “Linfild”in Ağdam klubuna 3:2 hesabı ilə qalib gədliyi ilk matçı "Windsor Park" stadionundan canlı izlədiyini bildirib:
"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Dandolk"u mübarizədən kənarlaşdırmışdı. Buna görə də onlara Belfalstda qalib gəlmək "Linfild" üçün fantastik nəticə idi. "Qarabağ"ın futbolçularının üz ifadələrini heç vaxt unutmayacağam. Onlar "Linfild"in sürətli qollarından tam sarsılmışdılar. İkinci hissədə Şeyn Laverinin qolu isə sadəcə fərdi ustalığın möhtəşəm nümunəsi idi. Əminəm ki, o gecə oyun iştirakçılarının yaddaşında uzun müddət qalacaq".
Xatırladaq ki, “Qarabağ” səfərdə “Linfild”ə 2:3 hesabı ilə uduzsa da, Bakıdakı cavab oyununda 2:1  qalib gələrək Avroliqanın qrup mərhələsinə yüksəlib.