“Təbii ki, oyundan dərhal sonra matçı dəyərləndirmək çətin olur. Çünki analiz üçün vaxt lazımdır”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu Tbilisi “Dinamo”sunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
O, Çempionlar Liqasının I təsnifat mərhələsinin “Neftçi” ilə ilk görüşündəki məğlubiyyətə (1:2) şərh verib: “Hamı şahid oldu ki, oyunda biz üstün idik. Amma təəssüf ki, əsas olan nəticədir. Təbii ki, belə adi səhvləri buraxmamalı idik. Səhv dedikdə, ikinci qolda diqqətsizlik olmamalı idi. Futbolçuları qınamıram. Gələcəkdə bunları nəzərə almalıyıq. İlk yarıda verilən tapşırıq mexanizm kimi gözəl işlədi. Şanslarımız itməyib. Səfər qolu rol oynamır. Heç nə dəyişmir. Bakıda keçirilən oyunda bu səhvləri aradan qaldırıb nəticə qazana bilərik. Fikirlərimiz qələbə ilə bağlıdır”.
BİZİM FUTBOL
Kaxaber Sxadadze: "Şanslarımız itməyib"
07.07.2021 23:33
448