08.07.2021 10:48
464
“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"CEMPİON.AZ" klubun rəsmi saytına istindən xəbər verir ki, İspaniyalı vinger Xuan Kamara bundan sonra komandamızın uğurları üçün çalışacaq. 27 yaşlı futbolçu Polşanın “Yagelloniya” klubundan bir illik icarəyə götürülüb. Yeni transferimiz “Sabah”da 17 nömrəli formada çıxış edəcək.
Kamara karyerası ərzində İspaniyanın “Vilyarreal B” (2012-2014), “Barselona B” (2014-2016), “Barselona” (2015-2016), “Jirona” (2016/2017), “Reus Deportiu” (2017/2018), Polşanın “Medz Leqnitsa” (2018/2019), “Yagelloniya” (2019-2020), Rumıniyanın “Dinamo” (Buxarest, 2020) və “Universitatya Krayova” (2021) klublarında çıxış edib. Xuan 5 oyunda İspaniya U-17 millisinin də şərəfini qoruyub.