şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Harri Keyn: "Ən vacib məqamda hədəfimizə çatdıq"

08.07.2021 13:26 Oxundu 430


"İnanılmaz oyun idi. Bunun üçün Danimarkaya yalnız təşəkkür edə bilərəm".

"CEMPİON.AZ" xəbər verir ki, bunu İngiltərə millisinin hücumçusu Harri Keyn Danimarka ilə oyundan sonra UEFA-nın rəsmi saytına danışarkən deyib.
"İnanılmaz oyun idi. Bunun üçün Danimarkaya yalnız təşəkkür edə bilərəm. Hücum etməyə çalışdıq və matçın ən vacib məqamında hədəfimizə çatdıq. İngiltərə buraxılan qola yaxşı reaksiya göstərdi. Finalı öz stadionumuzda oynayacağıq. Bu, heyrətamiz hissdir".
27 yaşlı hücumçu yerinə yetirdiyi penalti haqda da danışıb: "Penaltini vuranda topu hara yönləndirəcəyimi əvvəlcədən bilirdim. Deyə bilərəm ki, bu mənim həyatımda ən yaxşı zərbə deyildi, amma bəzən insan yanılır. Təəssüf ki, bu gün məhz belə oldu".
Keyn finalda qarşılaşacaqları İtaliya ilə matç barədə də isə bunları deyib: "İtaliya ilə qarşılaşma çətin olacaq, amma bu günə qədər turnirdə çox yaxşıyıq. Bir oyunumuz qalıb və onu səbirsizliklə gözləyirik".