08.07.2021 15:22
397
“Qalatasaray” braziliyalı Paulinyonu heyətinə qatmaqda israrlıdır.
"CEMPİON.AZ" xəbər verir ki, hazırda azad agent statusu daşıyan yarımmüdafiəçi ilə bir çox məsələdə ilkin razılıq əldə olunub.
Daha əvvəl illik 4 milyon avro maaş tələb edən 33 yaşlı orta sahə oyunçusu “cim-bom”un 3 milyonluq təklifinə müsbət cavab verib. Hazırda yeganə problem onun istədiyi imza puludur. Paulinyo transfer vərəqəsi əlində olduğu üçün 1,5 milyon avro nağd qazanc götürmək istəyirsə, “sarı-qırmızılılar”ın təklifi 1 milyondur.
Qeyd edək ki, Çin klubu “Quançjou”dan yenicə ayrılan Paulinyo Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən də təklif alıb.