şənbə, 30 noyabr 2024

BİZİM FUTBOL

"Xüsusən, səfərdə iki qol vurdu"

08.07.2021 16:42 Oxundu 458


"Mahir Emreli "Legiya"da mövsümün tapıntısı ola bilərmi? Bəli, ola bilər. O, komanda ilə mükəmməl şəkildə hərəkət etdi".

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Legiya"nın sabiq futbolçusu İqor Levçuk  Polşa mətbuata açıqlamasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində  "Bodo Qlimt"lə ilk oyundakı (3:2) çıxışı barədə danışarkən deyib.
O, 24 yaşlı hücumçunun rəsmi debütünü belə dəyərləndirib: "İlk rəsmi qarşılaşmada, xüsusən, səfərdə iki qol vurdu. Bu, asan deyildi".
Qeyd edək ki, Mahir Emreli "Bodo Qlimt"lə görüşdə dubla imza atıb.