“Bu turnir təbiətcə bənzərsiz idi. Avropanın 11 şəhəri, ən uyğun olmayan bir məqamda yarışa ev sahibliyi etdi".
"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yekunlaşmaq üzrə olan Avro-2020 haqda danışarkən deyib.
Bakıda keçirilən oyunlara da toxunan AFFA rəsmisi pandemiyaya görə müəyyən çətinliklərin olmasına baxmayaraq, nikbin məqamların çox olduğunu bildirib:
"Stadion tutumu və koronavirusa görə səyahət məhdudiyyətlərinin işimizi çətinləşdirdiyi həqiqət olsa da, müsabiqənin müsbət tərəflərinə nikbin baxa bilərik.
2019-cu ildə UEFA Avropa Liqası finalından sonra ölkəmiz bir daha Avropa futbolunun diqqət mərkəzinə düşdü. Elit səviyyəli rəqabəti ölkəmizə gətirməyin yerli azarkeşlər və Azərbaycan əhalisi üçün təsirini qeyd etməmək olmaz. Azərbaycanın da futbol masasında bir yeri olduğunu göstərdik. Ümid edirik ki, bu, ölkəmizdəki gənc nəsilə və idmançılara ilham verəcək.
E.Məmmədov yaxın gələcəkdə də ölkəmizdə beynəlxalq turnirlərin keçiriləcəyinə inandığını qeyd edib: "UEFA tərəfindən ayrılmaz bir üzv olduğumuz üçün qürur duyuruq. Ümidvarıq ki, yaxın gələcəkdə də azarkeşləri Azərbaycana qaytarmaq üçün beynəlxalq idman qurumları ilə işbirliyimizi davam etdirə bilərik”.
E.Məmmədov Bakıda keçirilən oyunlar üçün paytaxtımıza gələn azarkeşlərin unudulmaz anlar yaşadığını qeyd edib: “AFFA ölkəmizdə Danimarka, Çexiya, Türkiyə, İsveçrə və Uelsi qəbul etməkdən, müxtəlif ölkələrdən komandaları bir araya gətirən təşkilatçılıqdan məmnundur. Komandalarını dəstəkləmək üçün Bakı küçələrini gəzən beş ölkənin azarkeşləri üçün turnir boyu əla futbol festivalı oldu. Əsasən yüksək səviyyəli idman yarışlarını qəbul etmişik. Danimarkanın 1/4 finaldakı aqressiv hücum futbolu kimi böyük anlar buradakı azarkeşlərin yaddaşlarında uzun müddət qalacaq. Ölkəmizin futbol sevgisini canlandıran bu anlar futbol proyektimizin 2025-ci ilədək irəliləməsində əhəmiyyətli rol oynayacaq”.
BİZİM FUTBOL
Elxan Məmmədov: "Əla futbol festivalı oldu"
09.07.2021 11:42
482