10.07.2021 16:19
415
Polşa millisinin sabiq müdafiəçisi Tomaş Sokolovski Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Norveç "Bude-Qlimt"inə qarşı ilk oyunda dubla imza atan Varşava "Legiya"sının azərbaycanlı futbolçusu Mahir Emreli haqda danışıb.
"CEMPİON.AZ" "İnteria"ya istinadən xəbər verir ki, o, millimizin üzvünün sözügedən görüşdə özünü çox yaxşı göstərdiyini bildirib: "Mahirin "Legiya" üçün əhəmiyyətli güc ola biləcəyi görülür. Emreli yeni transfer olmasına baxmayaraq, meydan ətrafında yaxşı hərəkət edir, komandaya tez uyğunlaşır. Müdafiədə də kömək edir".