2020 Avropa Çempionatının final matçı İngiltərənin paytaxtı London şəhərində keçirilib.
"CEMPİON.AZ" xəbər verir ki, İtaliya və İngiltərə millilərinin üz-üzə gəldiyi həlledici matçın əsas vaxtında qalib müəyyənləşməyib. 90 dəqiqə 1:1 hesablı bərabərliklə bitib. Matça artırılmış əlavə vaxtda da tərəflər fərqlənə bilməyiblər. Qarşılaşma Penaltilər seriyasınadək uzanıb. Burada daha dəqiq olan italiyalılar 3:2 hesablı qələbəyə seviniblər. Bununla da AVRO-2020-nin qalibi İtaliya milli komandası olub.
Qeydedək ki, İtaliya millisi bunadək bir dəfə, 1968-ci ildə Avropa Çempionu adını qazanıb. İngiltərə isə tarixində ilk dəfə bu turnirdə final mərhələsinə yüksəlib.
23:00. İtaliya – İngiltərə - 1:1 (Penaltilər seriyası - 3:2)
Qollar: Lyuk Şou, 2 (0:1), Bonuççi, 67 (1:1)
Baş hakim: Byörn Kuypers (Niderland)
London. “Uembli” stadionu
DÜNYA FUTBOLU
İtaliya millisi Avropa Çempionu oldu
12.07.2021 01:57
491