12.07.2021 09:10
458
İtaliya millisinin baş məşqçisi Roberto Mançini Avro-2020-nin finalında İngiltərəyə qalib gəldikləri oyundan (1:1, penaltilər seriyası - 3:2) açıqlama verib.
"CEMPİON.AZ" "RAİ Sport"a istinadən xəbər verir ki, o, futbolçularının yaxşı oynadığını bildirib:
"Erkən qol buraxdıq, bizim üçün çətin oldu. Ancaq sonra komandam sona qədər üstün oldu. Gözəl futbolçularım var. Başqa nə deyəcəyimi bilmirəm. Bu, İtaliya xalqı, bütün azarkeşlər üçün vacib bir uğurdur. Ümid edirəm ki, azarkeşlər indi bu qələbəmizi qeyd edir"