12.07.2021 12:16
632
Avro-2020-nin finalında İngiltərəyə qalib gələrək kuboku qazanan İtaliya millisinin müdafiəçisi Leonardo Bonuççi oyundan sonra etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.
"CEMPİON.AZ" xəbər verir ki, ingilis azarkeşlər oyun boyu mütəmadi olaraq "Futbol evinə dönəcək" şüarı səsləndiriblər. Bonuççi isə matçın final fitindən sonra kameraya yaxınlaşaraq qışqırıb: "Futbol Romaya gedir, Romaya!".
Xatırladaq ki, əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda italyanların qolunu Bonuççi vurub. Görüş penaltilər seriyasın qədər uzanıb və burada daha dəqiq olan (3:2) İtaliya millisi qalib gəlib.