“Mançininin İtaliyasının sirri nədə idi? Həqiqətən də, gözəl kollektivdir”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya millisinin Avropa çempionu olması barədə danışarkən deyib.
“Rai 1” radiosuna danışan italiyalı mütəxəssis həmyerlilərinin AVRO-2020-nin finalında İngiltərəni məğlub etmələrini dəyərləndirib: “İtaliya millisinin sirri komanda işi, Roberto Mançini və federasiyanın ciddiliyi idi. Hər şeydən əvvəl yığmada heç bir problemin olmadığı sağlam bir mühit formalaşıb. Hamı qərarlıdır, işlərində və hədəfdə birlikləri var”.
De Byazi Azərbaycan millisi ilə də böyük turnirlərin final mərhələsində iştirak hədəflədiyini vurğulayıb. O, Albaniya yığması ilə qazandığı uğuru millimizdə təkrarlamaq niyyətindədir: “Dünya çempionatına vəsiqə qazanmaq üçün Albaniya ilə etdiyimizi təkrarlamağa çalışacağıq. Çox çətin olacağını bilirik, ancaq uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Londondakı “Uembli” stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan AVRO-2020-nin final matçında İtaliya İngiltərəni penaltilər seriyası ilə üstələyib.
BİZİM FUTBOL
De Byazi: "Albaniya ilə etdiyimizi təkrarlamağa çalışacağıq"
12.07.2021 15:22
407