“Burada atmosfer möhtəşəmdir”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Legiya”nın azərbaycanlı hücumçusu Mahir Emreli Çempionlar Liqasının I təsnifat mərhələsində “Bodo-Qlimt”lə keçiriləcək cavab oyunu öncəsi təşkil edilən mətbuat konfransında deyib.
Norveçdəki ilk qarşılaşmada dubl edərək komandasının qələbəsinə (3:2) töhfə verən millimizin forvardı evdə baş tutacaq cavab görüşünə ciddi hazırlaşdıqlarını söyləyib: “Legiya”da hamı məni əla qarşıladı. Burada komanda yoldaşlarımla rus və ingilis dilində danışıram. Baş məşqçimiz müsbət enerjili insandır. Mənim kollektivə uyğunlaşmağıma çox kömək etdilər”.
24 yaşlı forvard komandanın digər hücumçusu Tomaş Pekartla rəqabətdən də danışıb. O, rəqabətin hər zaman komandaya xeyir verdiyini bildirib. Emreli Çexiya millisinin də şərəfini qoruyan Pekartı çox bəyəndiyini də vurğulayıb: “Tomas Pekartın əla karyerası var. O, təcrübəli hücumçudur. Ancaq mənim üçün önəmli olan komandanın qələbəsidir. Digər tərəfdən bir və ya iki hücumçu ilə oynatmaq baş məşqçinin seçimindən asılıdır”.
BİZİM FUTBOL
Mahir Emreli: "Kollektivə uyğunlaşmağıma çox kömək etdilər"
13.07.2021 15:19
452