13.07.2021 16:26
465
İtaliya millisinin qapıçısı Canluici Donnarumma tezliklə PSJ-nin oyunçusu olacaq.
"CEMPİON.AZ" Fransa mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı qolkiper sabah Parisə gedəcək və Fransa klubu ilə müqavilə imzalayacaq. O, məşqçilər heyəti və yeni komanda yoldaşları ilə də görüşəcək.
Donnarruma bir gününü Parisdə keçirəcək və sonra bir neçə gün istirahət edəcək.
Xatırladaq ki, Donnarumma bu yay "Milan"dan azad agent kimi ayrılıb.