13.07.2021 23:22
405
PSJ-nin yeni transferi Serxio Ramos sabiq klubu "Real" haqqında danışıb.
"CEMPİON.AZ" AS-a istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi Çempionlar Liqasında Madrid təmsilçisi ilə qarılaşacağı və özünün fərqlənəcəyi təqdirdə qolu qeyd etməyəcəyini deyib:
"Təcrübəm sayəsində yalnız ən yüksək səviyyədə oynamaq və komandamın uğuruna töhfə vermək barədə düşünürəm. Buraya sıfırdan başlamaq, özümü yeni bir komandada sınamaq və əlimdən gələni etmək üçün gəlmişəm. Ümid edirəm ki, yaxşı mövsüm keçirəcəyəm. Gələcəkdə nə olacağını bilmirik, amma "Real" qəlbimdə əbədi yaşayacaq. Mən "Real"a qol vursam, heç vaxt qeyd etməyəcəm. "Real" mənim ailəmdir, ürəyimdədir. Hörmətə layiqdirlər. Nə "Real"a vurduğum qolu, nə də bu komanda üzərində qələbəni qeyd etməyəcəm".
Qeyd edək ki, Ramos 2005-ci ildən "kral klubu"nda çıxış edirdi. O, bu ilin iyun ayının 17-də komandadan ayrılıb. İspaniyalı oyunçu iyulun 8-də PSJ-yə keçib.