cümə, 29 noyabr 2024

DÜNYA FUTBOLU

"Mançester Yunayted"in hücumçusu 3 ay oynamayacaq

14.07.2021 11:44 Oxundu 408


“Mançester Yunayted”in hücumçusu Markus Reşford İngiltərə Premyer Liqasında mövsümün əvvəlini buraxacaq.

"CEMPİON.AZ" xəbər verir ki, buna səbəb 23 yaşlı forvardın İngiltərə millisinin heyətində AVRO-2020-də zədəsini yeniləməsidir.
Çiynində ağrıları olan oyunçu əməliyyata ehtiyac duyur. Dünən aparılan tibbi müayinədən sonra həkimlər bir daha əməliyyatın vacibliyini vurğulayıblar. Lakin bu, avqustda baş tutacaq. Əməliyyatdan sonra Reşford təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacaq və yalnız oktyabrın sonlarında kollektivə qoşulacaq.
Qeyd edək ki, Markus Reşfordun ötən mövsüm çiynində ağrıları olsa da, futbolçu ağrıkəsici iynələrin köməyi ilə oyunlarda meydana çıxıb.