14.07.2021 14:14
456
"Qəbələ" daha iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.
"CEMPİON.AZ" xəbər verir ki, komandanın baş məşqçisi Elmar Baxşıyevin Report-a verdiyi məlumata görə, yarımmüdafiəçi Rövlan Muradov və hücumçu Ülvi İsgəndərovla yeni sözləşmə imzalanıb. Hər iki oyunçu 2021/2022 mövsümünün sonunadək əyalət təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, ötən mövsümün sonunda 9 futbolçusu ilə vidalaşan "Qəbələ" daha əvvəl Ehtiram Şahverdiyev və Rüfət Əhmədovla əməkdaşlığın müdətini artırıb.