cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

"Soçi"nin erməni futbolçusu "Keşlə"yə qarşı oynamayacaq

14.07.2021 14:40 Oxundu 440


Avrokuboklarda "Keşlə"nin rəqibi olan Rusiya təmsilçisi "Soçi"nin erməni futbolçusu Erik Vardanyan Bakıya gəlməyəcək. 

"CEMPİON.AZ" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Azərbaycan kubokunun qalibinə qarşı oynamayacaq.
Buna səbəb Vardanyanın avrokuboklarda “Soçi”nin şərəfini qoruya bilməməsidir. Rusiya təmsilçisi erməni oyunçusunu “Pünik”ə icarəyə verib.
Qeyd edək ki, əvvəllər də “Pünik”də oynamış Erik “Soçi”nin heyətində cəmi 1 matça çıxıb.