cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

Tiblisi meri fikirini dəyişdi, Bakıda oyunu izləməyəcək

14.07.2021 15:17 Oxundu 452


Bakıda səfərdə olan Tbilisi meri, keçmiş futbolçu Kaxa Kaladze Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) oyununu stadionda izləməyəcək.

"CEMPİON.AZ" xəbər verir ki, öncədən tərtib olunmuş səfər proqramında oyunu Bakıda stadionda izləmək nəzərdə tutulsa da, proqramda dəyişiklik olub və “Milan”ın əfsanəsi görüşü izləmədən Tbilisiyə qayıdacaq.
Gürcüstanın Azərbaycandakı səfirliyindən APA-ya Kaladzenin matçı Bakıda stadiondan izləməyəcəyini təsdiqləyiblər. Səfər proqramında edilmiş dəyişikliyin səbəbi isə açıqlanmayıb.
Tbilisi meriyasının mətbuat xidmətindən isə APA-nın yerli bürosuna bildirilib ki, Kaladzenin Tbilisi meriyası ilə əlaqədar təcili işi çıxıb, Gürcüstana qayıtmasının səbəbi də budur.