cümə, 29 noyabr 2024

DÜNYA FUTBOLU

"Çelsi" Federiko Kyeza üçün 100 milyon təklif etdi

14.07.2021 16:24 Oxundu 461


İngiltərənin “Çelsi” klubu Federiko Kyezanı heyətinə qatmağa qərar verib.

"CEMPİON.AZ" xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliya millisi ilə AVRO-2020-nin qalibi olan yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlara da start verib.
London klubu Kyezanın məxsus olduğu “Yuventus”la təmasa keçib. Paytaxt təmsilçisi onun keçidi üçün 100 milyon avro təklif edib.
Turinlilər 23 yaşlı oyunçunu satmaqdan imtina edib. Lakin “Çelsi” rəhbərliyi təklif etdiyi qiyməti qaldırmaq niyyətindədir.