14.07.2021 17:48
513
Kolumbiya millisinin sabiq futbolçusu Karlos Bakkanın yeni klubu bəlli olub.
"CEMPİON.AZ" xəbər verir ki, tanınmış hücumçu karyerasına “Qranada”da davam edəcək.
İspaniya təmsilçisi forvardla 1 illik müqavilə bağlayıb. 34 yaşlı cənubi amerikalının son klubu “Vilyarreal” olub. O, ötən mövsüm başa çatdıqdan sonra klubdan ayrılıb.
Qeyd edək ki, Karlos “Milan” və “Sevilya” kimi klublarda da oynayıb.