14.07.2021 18:29
415
PSJ qapıçısı Keylor Navasla bağlı qərarını açıqlayıb.
"CEMPİON.AZ" xəbər verir ki, Canluici Donnarummanın transferinə baxmayaraq, kosta-rikalı qolkiper komandada saxlanılacaq.
Fransızlar hətta təklif gələcəyi təqdirdə, 34 yaşlı Navası satmamaq qərarına gəlib. Oyunçu özü də komandada qalmaq, hətta bir nömrəli qapıçı ünvanını qorumaqda israrlıdır.
Qeyd edək ki, Keylor Navasın PSJ ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.