cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

Samir Abasov: “Olimpiakos”u müzakirə etmək çox çətindir" - VİDEO

14.07.2021 23:47 Oxundu 475


"Futbolçulara təşəkkür edirəm. Fasilədən sonra ağır oyunlara çıxmaq çox həyəcanlı idi. Bunun da öhdəsindən gəldilər. Bəzi epizodlar istədiyimiz kimi olmadı. Amma oyundan-oyuna düzələcək. Hər iki oyun o qədər ürəkaçan olmadı". 

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Dinamo" ilə cavab matçından (2:1) sonra təşkil edilən mətbuat konfransında deyib.
- “Neftçi” ayılmaq üçün mütləq qol buraxmalı idi?
- Birinci oyundakı nəticə bizi ehtiyyatlı oynamağa vadar etdi. Amma qol buraxandan sonra oyunu xilas etmək istədik. Bugünkü oyunu kimlərə görə, niyə oynamalı olduğumuzu uşaqlara oyundan əvvəl demişdim.
- Harramiz hər iki matçda fərqli mövqelərdə oynadı. Bunun səbəbi nə idi?
- Harramiz universal futbolçudur. Bu oyunda Ömərə bəzi taktiki tapşırıqlar vermişdim, o da öhdəsindən gəldi. Əlimizdə 2-3 ehtiyat oyunçu var. Bəzən kimisə məcburiyyətdən oynadırsan. Söhbət Harramizdən getmir. Matçlar keçdikcə yeni gələnlərin nəyə qadir olduğunu daha yaxşı görəcəyik.
- Hər iki oyunda bir növ bəxtiniz gətirdi. Növbəti mərhələdəki rəqib “Olimpiakos”dur. Onlar səhvləri bağışlamır. Həmin görüşdə nələri planlayırsınız?
- Ümid edək ki, “Olimpiakos” da bizi bağışlayar. Çalışacağıq həmin görüşə qədər səhvləri aradan götürək. Bu cür şansları yunanlar yüz faiz bağışlamaz.
Oyundan əvvəl də, bu gün də həyəcan dediniz. “Dinamo” isə dağ başına qoyulacaq komanda deyil...
- Bizdə Honda kimi oyunçu yoxdur ki, çıxıb oyunu həll etsin. Komanda daxilində istər-istəməz təşviş yaranır. Bu da avrokubokdakı oyunla bağlıdır. “Dinamo” yaxşı komandadır, meydanda kollektiv şəkildə lazım olan işi görə bilirlər. Bundan başqa azarkeşlərin gəlməsinə icazə verirlər. Uzunmüddətli fasilədən sonra Gürcüstanda meydana çıxdıq. Biz bu gün yaxşı vəziyyətdə deyilik.
- “Olimpiakos”la oyuna qədər transfer gözlənilir?
- Bəli, gözlənilir.
- “Dinamo” ilə oyunlarda tam gücünüzlə oynadınız, yoxsa bəzi sirri “Olimpiakos”a saxladınız?
- Heç bir şeyi gizlətməmişəm. Amma bu iki oyun bizim xeyrimizə ola bilər. Açıq deyək, “Olimpiakos” onlara qarşı bir nömrədə oynamağa imkan verməyəcək. Məcburən iki nömrədən oynayacağıq. Bu gün matçın böyük hissəsində rəqib bunu bizə yaşatdı. Etdiyimiz səhvlər bunun üzərində durmaq baxımından önəmli oldu.
- Ehtiyat qüvvənin azlığından şikayət edirsiz. Bəs, transferlər niyə gecikir?
- Bunun bir cavabı var, istədiyimiz oyunçuları götürə bilmirik. 5 nəfərə yaxın oyunçu var ki, birbaşa müqaviləyə gətirmək istəyirik. Əvvəllər 3 mövqedə fikirləşirdik. Bir komandada sol cinah müdafiəçisi yoxdursa, bu gün “Olimpiakos”u müzakirə etmək çox çətindir. Rotasiyalar etmək, oyunu gücləndirmək çətindir. Əsas məsələ maliyyədə qırılır.