cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

Kaxaber Sxadadze: "Mən belə səhvləri bağışlamıram"

14.07.2021 23:14 Oxundu 416


Tbilisi “Dinamo”sunun baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları səfər oyunundan sonra mətbuat konfransı keçirib.
"CEMPİON.AZ" xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- "Neftçi"ni qələbə münasibəti ilə təbrik edirəm. Bu nəticələr bizim buraxdığımız səhvlər nəticəsində oldu. Mən isə belə səhvləri bağışlamıram.
- Daxili birincilikdən fərqli avrokuboklarda uğur qazana bilmirsiniz. Bunu nə ilə izah edə bilərsiniz?
- Burada hər kəsin günahı var. Konkret kimisə günahlandırmaq olmaz.
- “Neftçi”nin gücünü o qədər də yüksək qiymətləndirmədiniz. Bu komandanın növbəti mərhələdə “Olimpiakos” önündə şanslarını necə dəyərləndirirsiniz?
- 4 qoldan 3-nü öz qapımızdan vurduq deyəndə öz səhvlərimizi nəzərdə tuturdum. “Neftçi”ni, onun prezidentini çox gözəl tanıyıram. Bizim dostluq münasibətimiz var. Bu komandanın növbəti mərhələdəki çıxışı barədə danışmaq istəməzdim.
- Nələr olsaydı, mərhələni keçən tərəf siz olardınız?
- Heç bir komandaya yaraşmayan bu qədər ciddi səhvlər etdik. Penalti vuran komanda qalib gəlməlidir. "Neftçi" hər iki görüşdə bunu etdi və qələbə qazandı
- Samir Abasov vaxtilə sizin futbolçunuz olub. Keçmiş yetirmənizə hər iki görüşdə məğlub olmaq necə hissdir?
- Futbol komanda oyunudur, boks deyil. Biz Samirlə dalaşmamışıq. Sadəcə, futbol oynamışıq.