15.07.2021 11:47
472
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Neftçi” – “Dinamo” (Tbilisi) oyununda həssas anlar yaşanıb.
"CEMPİON.AZ" xəbər verir ki, matçın 44-cü dəqiqəsində Bakı klubunun azarkeşləri əsgər salamı verməklə sayğı duruşunda dayanıblar. Bununla fanatlar 44 günlük İkinci Qarabağ müharibəsinin qəhrəmanı olan şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Xatırladaq ki, "Neftçi" həm səfər, həm də evdəki görüşdə 2:1 hesabı ilə qalib gələrək 2-ci mərhələyə yüksəlib.