"Mən də bu anı gözləyirdim. Uzun müddətdir ki, Azərbaycandayam. Bu ölkə mənə çox doğmadır".
"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç klubun saytına açıqlamasında deyib.
"Məşqlərimiz çox yaxşı keçir. Düşünürəm ki, komandamızda hamı bu fikirlə razılaşar. Keçirdiyimiz yoldaşlıq oyunlarının da bizə çox xeyri dəyəcək. Tam hazır olmaq üçün qısa zamana ehtiyacımız var. Yeni oyunçularımız var və yəqin ki, yenə olacaq. Biz də onlara əlimizdən gələn köməyi etməliyik ki, komandaya, oyun üslubumuza tez uyğunlaşsınlar. Konfrans Liqasında qarşılaşacağımız "Aşdod" yaxşı komandadır. Bizi çətin oyun gözləyir. Əminəm ki, matça qədər tam hazır olacağıq.
Dünən eşitdim ki, FIFA mənim Azərbaycan millisində çıxış etməyimə icazə verib. Səbirsizliklə millinin oyunlarını və yığmaya dəvəti gözləyəcəyəm. Millinin baş məşqçisi mənə dəvət göndərərsə, yığmanın uğurları üçün hər zaman əlimdən gələni etməyə hazıram. Mənim üçün doğmalaşmış ölkənin millisi üçün əlimdən gələni əsirgəməyəcəm".
BİZİM FUTBOL
Filip Ozobiç: "Bu ölkə mənə çox doğmadır"
15.07.2021 12:45
430