15.07.2021 14:49
441
“Səbail” klubu müqavilə müddəti başa çatmış daha bir futbolçu ilə yollarını ayırıb.
"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Hendrik Ekşteyn ilə yollarının ayrılması barədə qərar qəbul edib. Futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulanıb!
Qeyd edək ki, 2019-cu ildən iki mövsüm “Səbail”in formasını geyinən yarımmüdafiəçi 29 oyunda meydana çıxıb, 3 qol vuraraq yadda qalıb.