Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü iyulun 19-da atılacaq.
"CEMPİON.AZ" xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Püşkatmada Azərbaycan klublarının da rəqibləri bəlli olacaq. Əsas yolda mübarizə aparan “Qarabağ”, “Keşlə” və “Sumqayıt”ın yer aldığı cütlərin rəqibləri dəqiqləşəcək.
Püşkdə II təsnifat mərhələsinin 45 cütü və 9 klub iştirak edəcək. Onlar növbəti raundun 27 cütünü müəyyənləşdirəcək.
Artıq indidən püşk iştirakçıları səbətlərə bölünüb. “Qarabağ”ın İsrail “Aşdod”u ilə cütü səpələnmişlər sırasındadır.
Qurban Qurbanovun yetirmələri səpələnməmiş 27 variantdan 24-ü ilə üz-üzədir. “Keşlə” və “Sumqayıt”ın yer aldığı cütlər, həmçinin Ermənistan “Ararat”ının oyunu Ağdam təmsilçisi ilə görüşə bilməz. Burada ən münasib olmayan komandalar “Rubin”, “Vitess”, “Trabzonspor”, millimizin üzvü Anatoli Nuriyevin yeni keçdiyi “Kolos”, cütlərdən “Sivasspor” və “Vorskla”nı fərqləndirmək olar.
“Keşlə”nin “Soçi” ilə, “Sumqayıt”ın “Çukariçki” ilə cütü səpələnməmişlərdəndir. Onlar 27 səpələnmiş variantdan heç də hamısı ilə görüşə bilməz. Sumqayıtlılar üçün 25, paytaxt təmsilçisi üçün 26 variant mümkündür. Bakılılar “Qarabağ” – “Aşdod” cütü ilə, digər təmsilçimiz həm bu, həm də “Partizan” olan qarşılaşma ilə görüşə bilməyəcək. Onlar üçün “Anderlext”, LASK, püşkə cüt kimi qatılan “Feyenoord”, “Bazel”, “Kopenhegen”, “Viktoriya” kimi bir çox arzuolunmazlar gözləyir.
Qeyd edək ki, Konfrans Liqasında həm də Çempionlar yolunda III təsnifat mərhələsinin püşkü atılacaq. Bu raundun oyunları avqustun 5-də və 12-də keçiriləcək.
Konfrans Liqası
Əsas yol
III təsnifat mərhələsi
Səpələnmişlər
“Bazel” (İsveçrə) – “Partizani” (Albaniya)
“Kopenhagen” (Danimarka) – “Torpedo-BelAZ” (Belarus)
“Viktoriya” (Çexiya) – “Dinamo” (Brest, Belarus)
“Gent” (Belçika) – “Valerenqa” (Norveç)
“Anderlext” (Belçika)
“Astana” (Qazaxıstan) – “Aris” (Yunanıstan)
LASK
“Drita” (Kosovo) – “Feyenoord” (Niderland)
“Qarabağ” (Azərbaycan) – “Aşdod” (İsrail)
“Styaua” (Rumıniya) – “Şaxtyor” (Qazaxıstan)
“Sutyeska” (Monteneqro) – “Makkabi” (Təl-Əviv, İsrail)
PAOK (Yunanıstan)
“Velej” (Bosniya və Herseqovina) – AEK (Yunanıstan)
“Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya)
“Arda” (Bolqarıstan) – “Hapoel” (Beyer-Şeva, İsrail)
“Dinamo” (Batumi, Gürcüstan) – BATE (Belarus)
“Molde” (Norveç) – “Servett” (İsveçrə)
“Hafnarfyordur” (İslandiya) – “Rusenborq” (Norveç)
“Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya)
“Qzira Yunayted” (Malta) – “Riyeka” (Xorvatiya)
“Apollon” (Kipr) – “Jilina” (Slovakiya)
“Dandalk” (İrlandiya) – “Levadiya” (Estoniya)
“Austriya” (Avstriya) – “Breydablik” (İslandiya)
“Pakuş Ferreyra” (Portuqaliya)
“Şkupi” (Şimali Makedoniya) – “Santa Klara” (Portuqaliya)
“Suduva” (Litva) – “Rakov” (Polşa)
MOİK (Bolqarıstan) – “Liepaya” (Latviya)
Səpələnməmişlər
“Hayduk” (Xorvatiya) – “Tobol” (Qazaxıstan)
“Dudelanj” (Lüksemburq) – “Bohemians” (İrlandiya)
“Vitess” (Niderland)
“Rubin” (Rusiya)
“Soçi” (Rusiya) – “Keşlə” (Azərbaycan)
“Aberdin” (Şotlandiya) – “Haken” (İsveş)
“Jalgiris” (Kaunas, Litva) – TNS (Uels)
“Spartak” (Trnava, Slovakiya) – “Sepsi” (Rumıniya)
“Olimpiya” (Sloveniya) – “Birkirkara” (Malta)
“Hibernian” (Şotlandiya) – “Santa Koloma (Andorra)
“Kolos” (Ukrayna)
“KuPS” (Finlandiya) – “Vorskla” (Ukrayna)
“Petrokub” (Moldova) – “Sivasspor” (Türkiyə)
“Trabzonspor” (Türkiyə)
“Poqon” (Polşa) – “Osiyek” (Xorvatiya)
“Universitatya” (Krayova, Rumıniya) – “Laçi” (Albaniya)
“Larne” (Şimali İrlandiya) – “Orxus” (Danimarka)
AEL (Kipr) – “Vlajnia” (Albaniya)
“Uypeşt” (Macarıstan) – “Vaduts” (Lixtenşteyn)
“Lütsern” (İsveçrə)
“Domjale” (Sloveniya) – “Honka” (Finlandiya)
“Panevejis” (Litva) – “Voyvodina” (Serbiya)
“Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan) – “Slovaçko” (Çexiya)
“Elfsborq” (İsveç) – “Milsami” (Moldova)
RFS (Latviya) – “Puşkaş Akademiya” (Macarıstan)
“Ararat” (Ermənistan) – “Şlask” (Polşa)