cümə, 29 noyabr 2024

DÜNYA FUTBOLU

Peres: "O, özünü it oğlu kimi aparır"

16.07.2021 19:27 Oxundu 475


“Real”ın prezidenti Florentino Peres növbəti səs yazıları yayılıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu dəfə İspaniya klubunun rəhbərinin Luiş Fiqu və Quti barədə fikirləri üzə çıxıb.
Peres ulduzları sərt tənqid edib. O, 2006-cı ildə portuqaliyalının ünvanına təhqir belə işlədib: “Fiqu soyunub-geyinmə otağında hər şeyi korlayır. O, özünü it oğlu kimi aparır. Raul kimi. Onlar ikisi ən pislərdir”.
6 il sonra Peres Qutiyə “ilişib”. Peres onu başı xarab olan və özü özünə ən böyük düşmən olan birisi adlandırıb. 
Qeyd edək ki, 2000-ci ildə “Barselona”dan keçən Fiqu 2005-ci ilədək “Real”da oynayıb. Klubun yetirməsi olan Quti isə 1994-2010-cu illəri paytaxt təmsilçisində çıxış edib.