16.07.2021 21:21
467
PSJ futbolçusu Kilian Mbappeni klubda saxlamaqda israrlıdır.
"CEMPİON.AZ" "Marca"ya istinadən xəbər verir ki, Paris təmsilçisi 22 yaşlı hücumçuya komanda yoldaşı Neymarın qazandığı qədər maaşının olacağı müqavilə təklif etməyə hazırdır . Qeyri-rəsmi məlumatlara görə, braziliyalı oyunçu vergilər və bonuslar istisna olmaqla ildə 30 milyon avro qazanır.
Ancaq Mbappe hələ də PSJ-dən ayrılmalı olduğuna inandığı vurğulanıb. Fransalı futbolçu bu komandadakı bütün ambisiyalarını reallaşdıra bilməyəcəyinə inanır. Bu vəziyyətdə pul Kilian üçün ikinci dərəcəli rol oynayır.
Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.