cümə, 29 noyabr 2024

DÜNYA FUTBOLU

Hücumçu "Barselona"nı tərk edəcək

17.07.2021 12:17 Oxundu 455


Danimarka millisinin futbolçusu Martin Braytveyt “Barselona”nı tərk edir.

"CEMPİON.AZ" xəbər verir ki, 30 yaşlı forvard İspaniya klubunun onu satmasına razılıq verib.
Futbolçu digər klubda daha çox qazana biləcəyini düşünür. Klub rəhbərliyi Martini satmaqla maaş cədvəlindəki ümumi məbləği azaltmağa nail olacaq.
La Liqa təmsilçisi Braytveytin satışından da qazanmağı planlaşdırır. Onlar hücumçu üçün ən azı 15 milyon almaq niyyətindədir.
Qeyd edək ki, Barselona ilə müqaviləsi 2024-cü ildə başa çatacaq hücumçu “Valensiya”, “Vest Hem”, “Norviç”, “Brayton” və adı açıqlanmayan Rusiya klubundan təklif alıb.