17.07.2021 17:43
1218
Ukraynada Kiyev Azərbaycanlıları Konqresinin (KAA) ofisində Tokio – 2020-də Ukraynanı təmsil edəcək azərbaycanlı güləşçi Pərviz Nəsibov və məşqçisi ilə görüş keçirilib.
Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədovun “CEMPİON.AZ”a verdiyi məlumata görə, görüşdə diaspora fəalları da iştirak ediblər. KAA sədri Oleq Andreyeviç gənc güləşçi Pərviz Nəsibovu təbrik edib və həvəsləndirici mükafat təqdim edib.
Qeyd edək ki, 22 yaşlı azərbaycanlı güləşçi Pərviz Nəsibov Tokio -2020-də Ukraynanı təmsil dəcək. Yunan-Roma güləşçisi 67 kq çəksində güləşəcək. Gənc güləşçi Bolarıstanın paytaxtı Sofiyada Olimpiadaya vəsiqə verən yarışın 1/4 finalında ölkəmizi təmsil edən Rəsul Çunayevi məğlub edib. Bu nəticədən sonra Pərviz Azərbaycan güləş içtimaiyyətinin diqqətini çəkib.