cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

Kamerunlu qapıçı "Qəbələ"də

19.07.2021 17:43 Oxundu 511

2021-2022-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
"CEMPİON.AZ"
klubn rəsmi saytına istinadən xbər verir ki, “Qırmızı-qaralar” yay fasiləsində ilk legioner transferini reallaşdırıb. Kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalanıb.
İspaniya vətəndaşlığı da olan 21 yaşlı qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo” klublarının formasını geyinib.
Xatırladaq ki, “Qəbələ” Atanqana-Assimbaya qədər Urfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevı heyətinə qatıb.