Rusiyanın “Soçi” klubunun baş məşqçisi Vladimir Fedotov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Keşlə” ilə keçirəcəkləri ilk oyun barədə fikirlərini bölüşüb.
"CEMPİON.AZ" xəbər verir ki, 55 yaşlı mütəxəssis Rusiya mətbuatına açıqlamasında ev oyununa ciddi hazırlaşdıqlarını bildirib:
“Avrokuboklar öncəsi qələbə qazanmaq vacib idi. Bu, komandaya özünəinam gətirməklə yanaşı, əhval-ruhiyyəni yüksəldir. “Keşlə” ötən mövsüm Azərbaycan çempionatında 8 komanda arasında 6-cı yeri tutub. Kuboku qazandıqları üçün Konfrans Liqasına vəsiqə əldə ediblər. Rəqib haqqında məlumatımız azdır. Heyətdə bəzi rotasiyalar olub, keyfiyyətli oyunçular alıblar. Məlumat toplamağa, necə, hansı taktiki sxemlə oynadıqlarını müəyyənləşdirməyə çalışırıq. Hücum futbolu oynayacağıq. Çünki ilk oyunda sərfəli nəticə qazanmaq istəyirik”.
Qeyd edək ki, iyulun 29-da keçiriləcək “Soçi” – “Keşlə” matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
BİZİM FUTBOL
Vladimir Fedotov: "Keşlə" haqqında məlumatımız azdır"
19.07.2021 18:10
397