cümə, 29 noyabr 2024

DÜNYA FUTBOLU

"Arsenal" yarımmüdafiəçi ilə güclənib

19.07.2021 20:38 Oxundu 448

"Arsenal" heyətinə yeni futbolçu qatıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. London təmsilçisi "Anderlext"dən Albert-Mboyo Sambi Lokonqanı transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Oyunçu "topçular"da 23 nömrəli formanı geyinəcək. Klub isə bu keçidə görə 22 milyon avro ödəyib.
Qeyd edək ki, Sabi Lokonqa geridə qalan mövsüm 33 matçda 3 qol vurub.