cümə, 29 noyabr 2024

DÜNYA FUTBOLU

Daha 2 il "Milan"a icarəyə verildi

19.07.2021 21:24 Oxundu 512

"Real"ın icarə əsasında "Milan"da çıxış edən futbolçusu Braim Dias İtaliya təmsilçisində oynamağa davam edəcək.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçinin daha 2 il icarə əsasında "Milan"da çıxış edəcəyi bildirilib.
Qeyd edək ki, Dias ötən mövsümü də "Milan"da keçirib. O, bu müddət ərzində 39 matçda 7 qol vurub və 4 qolun ötürməsini verib.